\
7 Oktyabr 2024 - Bazar ertəsi

İsgəndər Həmidov vəfat etdi

İsgəndər Həmidov vəfat etdi
1001baxış

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.

İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. O, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. İ.Həmidov bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.