\
7 Oktyabr 2024 - Bazar ertəsi

Mehriban Əliyeva İnstaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Mehriban Əliyeva İnstaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
1522baxış

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

 “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.