\
7 Oktyabr 2024 - Bazar ertəsi

Zaqatalada kollecdə yanğın olub

Zaqatalada kollecdə yanğın olub
1568baxış

Zaqatala Dövlət İdarəetmə və Texnologiya kollecində yanğın baş verib.

"Qafqazinfo"nun məlumatına görə, insident bu gecə saat 03:40 radələrində qeydə alınıb. Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç maşını və şəxsi heyəti cəlb olunub. Ümumi sahəsi 1000 kv.m. olan kollecin 350 kv.m hissəsi (15 otaqdan 8-i) tamamilə yanıb. Digər otaqlar yanğından mühafizə olunub. 

Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.