\
7 Oktyabr 2024 - Bazar ertəsi

Xocalı soyqırımının canlı şahidi Dürdanənin yaşadığı dəhşət (VİDEO) - VİDEO

Xocalı soyqırımının canlı şahidi Dürdanənin yaşadığı dəhşət (VİDEO) - VİDEO
1611baxış
"O vaxt Xocalı ermənilər üçün vacib idi. Çünki magistral yol Xocalıdan keçirdi və orada aeroport yerləşirdi”.
 
Mediapress.az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri İTV-də Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva bildirib. Onun çıxışını təqdim edirik:
 
"Fevralın 25-dən 26-na keçən gecə saat 11-12 arası Xocalıya dolu, atəş dolusu yağdı. Həmin qarlı-şaxtalı gecə biz insan qatarı olaraq Ağdama pənah gətirdik. Biz nə bilərdik ki, ermənilər qarşıda tələ qurub və xocalılıları gözləyirlər. Xocalılıların birini də sağ buraxmamaq şərtilə soyqırımı törətməyi planlaşdırmışdılar. Biz də sakit hərəkət edirdik. Ağlayan uşağın ağzını yumurdular ki, birdən ermənilər səs eşidər və atəş açarlar. Həmin körpələr qarın içində donub qalırdılar. Onların günahı nə idi?
 
Həmin gün sağ ayağımdan güllə yarası aldım. Qardaşımla bərabər əsir götürüldüm. Dəfələrlə əlimi qapı arasında qoydular. Məni dəfələrlə tapdadılar. Çəkmələrindən torpaq yedirirdilər. Mən 8 gün əsirlik həyatı yaşadım. O qanlı divarları, ensiz dəhlizi heç vaxt unutmaram”.