\
7 Oktyabr 2024 - Bazar ertəsi

AZAL Tehrana uçuşları dayandırır

AZAL Tehrana uçuşları dayandırır
1708baxış

Mövcud epidemioloji vəziyyət ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana uçuşları dayandırır. Bu barədə "Mediapress.az"a AZAL-dan məlumat verilib.

Bu gün axşam “Buta Airways” aviaşirkəti İmam Xomeyni adına Hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.

Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.