\
7 Oktyabr 2024 - Bazar ertəsi

Azərbaycan Texniki Universitetində dezinfeksiya işləri aparılıb - FOTOLAR

Azərbaycan Texniki Universitetində dezinfeksiya işləri aparılıb - FOTOLAR
1759baxış

Koronavirusla əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) dezinfeksiya işlərinə nəzarət gücləndirilib.

AzTu-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın Mediapress.az-a verdiyi məlumata görə, Universitetin bütün tədris korpuslarının auditoriyaları, laboratoriyaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb. Eyni zamanda universitetin yataqxanası və idman sarayı da koronavirusa qarşı dezinfeksiya edilib.

Dezinfeksiya işləri Viktoriya MMC şirkəti tərəfindən həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetində mütəmadi olaraq ayda bir dəfə dezinfeksiya işləri aparılır.