\
7 Oktyabr 2024 - Bazar ertəsi

Sumqayıtda yaşayış binasında partlayış oldu

Sumqayıtda yaşayış binasında partlayış oldu
1501baxış

Sumqayıtda partlayış olub.

Mediapress.az”ın Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 9-cu mikrorayonda baş verib.

Belə ki, yaşayış binasındakı evlərin birində partlayış qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hadisə zamanı xəsarət alanların olub-olmaması araşdırılır.