\
7 Oktyabr 2024 - Bazar ertəsi

Bakıda xəstə vərəm əleyhinə dispanserdə özünü bıçaqladı

Bakıda xəstə vərəm əleyhinə dispanserdə özünü bıçaqladı
1458baxış

Bakıda dispanserdə xəstə özünə bıçaq xəsarəti yetirib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu Zığ şosesində yerləşən 6 saylı Vərəm əleyhinə Dispanserdə qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ağayev Cümşüd Hüseyn oğlu özünə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.