\
7 Oktyabr 2024 - Bazar ertəsi

Məşhur bloqqerin ad günündə faciə: Ərinin ölümü anbaan lentə alındı - VİDEO - VİDEO

Məşhur bloqqerin ad günündə faciə: Ərinin ölümü anbaan lentə alındı - VİDEO - VİDEO
1625baxış
Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur bloqeri Yekaterina Didenko doğum gününü qeyd edərkən faciə baş verib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva hamam kompleksində təşkil edilmiş ziyafətdə hovuza 25 kiloqram buz tökülüb, bundan sonra kimyəvi reaksiya başlayıb. 
Nəticədə hovuza girən iki nəfər yerindəcə ölüb, Didenkonun həyat yoldaşı isə xəstəxanada dünyasını dəyişib.

"Düşündüm ki, bu həqiqət deyil. Bunun yuxu olduğunu xəyal etdim”, - deyə bloqer yazıb. O, istintaq sirrinə görə, hər hansı informasiya verə bilməyəcəyini söyləyib.

Xatırladaq ki, hadisə ilə bağlı İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb. İstintaqçılar artıq hamam kompleksinin işçilərini dindiriblər.
 
Ölüm anının görüntüləri də sosial şəbəkədə yayılıb.
 
Həmin videonu təqdim edirik: