\
7 Oktyabr 2024 - Bazar ertəsi

Rusiyalı dünya çempionu 24 yaşında dünyasını dəyişdi

Rusiyalı dünya çempionu 24 yaşında dünyasını dəyişdi
1573baxış

Rusiyalı üzgüçü Aleksandr Makarov dünyasını dəyişib.

"Mediapress.az" Rusiya Paralimpiya Komitəsinin saytına istinadən xəbər verir ki, 3 qat dünya çempionu 24 yaşında qəflətən vəfat edib. Gənc paralimpiyaçının ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 2019-cu ildə 3 dəfə dünya çempionu olan idmançı 2015-ci ildə gümüş və bürünc medallara sahib olub. Onun aktivində həmçinin Avropa çempionatının 3 gümüş və 2 bürünc medalı var.