\
7 Oktyabr 2024 - Bazar ertəsi

Türkiyədən Suriyaya daha bir zərbə - 21 əsgər zərərsizləşdirildi!

Türkiyədən Suriyaya daha bir zərbə - 21 əsgər zərərsizləşdirildi!
1600baxış

Martın 5-də saat 4 radələrində Suriyanın 21 əsgəri zərərsizləşdirilib.

Bu haqda məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Məlumatda deyilir: “Suriya hökumət ordusunun 21 əsgəri zərərsizləşdirildi. Suriyanın hökumət qüvvələrinə aid iki artilleriya sistemi və iki MLRS Türk dronları tərəfindən məhv edildi”.

Xatırladaq ki, cümə günü Suriyanın şimal-qərbindəki İdlib əyalətində iki türk əsgəri şəhid olub.

Dünən Türkiyə və Rusiya liderlərinin zirvə görüşünün nəticələrinə görə gecə 00.00-dan sonra Suriyanın İdlib bölgəsində atəşkəs elan olunub.