\
7 Oktyabr 2024 - Bazar ertəsi

Bakı polisində yeni təyinat oldu

Bakı polisində yeni təyinat oldu
1636baxış

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalovu vəzifəsindən azad edib.

“Report”un xəbərinə görə, V.Eyvazovun əmri ilə Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Təhqiqat şöbəsinin rəisi təyin olunub.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.