\
7 Oktyabr 2024 - Bazar ertəsi

Nazirlər Kabineti koronavirus şübhəsi olan şəxslərə xəbərdarlıq etdi

Nazirlər Kabineti koronavirus şübhəsi olan şəxslərə xəbərdarlıq etdi
1638baxış

Almaniya, Norveç və Finlandiyada koronavirus daşıyıcılarının sayı artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada 10, Norveçdə 2, Finlandiyada isə daha 3 nəfərdə koronavirus aşkarlanıb.

Məlumata görə, koronavirusa yoluxanların sayı Almaniyada 555, Norveçdə 96, Finlandiyada isə 15-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 92 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 771-ə çatıb. Bunların 55 671 nəfəri sağalıb, 3 389 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.