\
7 Oktyabr 2024 - Bazar ertəsi

Türk ordusundan əməliyyat: 13 terrorçu məhv edildi

Türk ordusundan əməliyyat: 13 terrorçu məhv edildi
1519baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir günlük İstanbuldan Brüsselə səfərə gedib.

 
Qaynarinfo xəbər verir ki, dövlət başçısının səfəri AB (Avropa Şurası) Şura sədri Çarlz Mişelin dəvəti ilə təşkil edilib. Ərdoğan və Mişel arasında danışıqlarda Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen də iştirak edəcək.
 
Görüşdə ikitərəfli münasibətlər və Türkiyə ilə AB arasında əməkdaşlığın genişləndirilməsi yollarının müzakirəsi planlaşdırılır. Danışıqların gündəliyinə İdlibdəki vəziyyət əsas olmaqla Suriyadakı hadisələr də daxildir.
 
Həmçinin görüşdə miqrasiya prosesləri və qaçqınların vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq. Brüsselə səfəri çərçivəsində Ərdoğanın NATO baş katibi Jens Stoltenberg ilə görüşü planlaşdırılır.