\
7 Oktyabr 2024 - Bazar ertəsi

Qalmaqallı plakatı qaldıran qızın intiharı... - Eksklüziv - VİDEO - FOTOLAR

Qalmaqallı plakatı qaldıran qızın intiharı... - Eksklüziv - VİDEO - FOTOLAR
1479baxış

8 Mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.

Mediapress.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

İntihardan sonrakı videogörüntünü təqdim edirik: