\
7 Oktyabr 2024 - Bazar ertəsi

Milli Məclisin 16 deputatına xidməti avtomobil veriləcək (SİYAHI)

Milli Məclisin 16 deputatına xidməti avtomobil veriləcək (SİYAHI)
1476baxış
Milli Məclisin Sədri, sədrin I müavini, sədr müavinləri, o cümlədən, parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin ediləcək.
 
Mediapress.az "Report”a istinadən xəbər verir ki, xidməti avtomobillə təmin olunacaq deputatların siyahısını təqdim edir.
 
1. Milli Məclisin Sədri - Sahibə Qafarova;
 
2. Milli Məclis sədrinin I müavini – Əli  Hüseynli;
 
3. Milli Məclis sədrinin müavini – Fəzail İbrahimli;
 
4. Milli Məclis sədrinin müavini - Аdil Əliyev;
 
5. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov;
 
6. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev;
 
7. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev;
 
8. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc;
 
9. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov;
 
10. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili;
 
11. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov;
 
12. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev;
 
13. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov;
 
14. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovа;
 
15. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pаşayeva;
 
16. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov.
 
Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyəcək. Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır.
 
Bundan əlavə, bəzi deputatların xidməti avtomobillərinin dəyişdiriləcəyi gözlənilir.