\
7 Oktyabr 2024 - Bazar ertəsi

"Azərişıq" ASC-nin binasında dezinfeksiya işləri aparılır - FOTOLAR

"Azərişıq" ASC-nin binasında dezinfeksiya işləri aparılır - FOTOLAR
1471baxış

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Azərişıq" ASC-də də qabaqlayıcı tədbirlər görülməkdədir.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Mediapress.az-a verdiyi məlumata görə, görülən qabaqlayıcı tədbirlər çərçivəsində martın 10-da "Azərişıq" ASC-nin inzibati binasında,cəmiyyətin region və rayon elektrik şəbəkələrində,Tədris mərkəzlərində,Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında,199 saylı cağrı mərkəzinin inzibati binasında dezinfeksiya işləri həyata keşirilib və mütəmadi davam etdirilir.