\
7 Oktyabr 2024 - Bazar ertəsi

Suriyada Rusiya hərbçisi öldü

Suriyada Rusiya hərbçisi öldü
1636baxış

Suriyanın Tartus bölgəsində Rusiya hərbçisi ölüb.

Mediapress.az” İHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasından patrul xidmətinə çıxan hərbi avtomobillə mikroavtobusun toqquşması nəticəsində 1 Rusiya hərbçisi ölüb, 2 mülki şəxs yaralanıb.

Nazirlik hərbçinin müqavilə əsasında xidmət etdiyini bildirib. Rusiya rəsmi dairəsi hadisənin hücum deyil, yol-nəqliyyat hadisəsi olduğunu açıqlayıb.