\
7 Oktyabr 2024 - Bazar ertəsi

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
1602baxış

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 990 milyon ABŞ dolları, yaxud 0,9% azalaraq 106,835 milyard ABŞ dolları təşkil edib.

"Mediapress.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 31,695 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,284 milyard ABŞ dolları, yaxud 4,2% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,274 milyard ABŞ dolları, yaxud 2,9% azalaraq 75,14 milyard ABŞ dolları təşkil edib.