\
7 Oktyabr 2024 - Bazar ertəsi

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı
1608baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.

Bu barədə "Mediapress.az"a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.