\
7 Oktyabr 2024 - Bazar ertəsi

Dünyanın 9 ölkəsində koronavirus daşıyıcılarının sayı artdı

Dünyanın 9 ölkəsində koronavirus daşıyıcılarının sayı artdı
1667baxış

Slovakiya, Sloveniya, Albaniya, İslandiya, İsveçrə, İsveç, Portuqaliya, Fələstin və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa yoluxanların sayı artıb.

Mediapress.az” xarici KİV-ə istinadən xəbər verir ki, Slovakiyada 6, Sloveniya 25, Albaniyada 8, İslandiyada 18, İsveçrədə 215, İsveçdə 65, Portuqaliyada 19, Fələstində 1, BƏƏ-də isə daha 11 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Beləliklə, koronavirusa yoluxanların sayı Slovakiyada 16, Sloveniya 82, Albaniyada 23, İslandiyada 103, İsveçrədə 867, İsveçdə 565, Portuqaliyada 78, Fələstində 31, BƏƏ-də isə 85 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 129 158-ə çatıb. Bunların 68 654 nəfəri sağalıb, 4 749 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.