\
7 Oktyabr 2024 - Bazar ertəsi

Cəlilabadda 400 ot bağlaması yandı

Cəlilabadda 400 ot bağlaması yandı
1637baxış

Cəlilabad rayonunun Uzuntəpə kəndində yanğın baş verib.

"Mediapress.az"ın Muğan bürosunun məlumatına görə, həmin kəndin sakini İbrahim Əli oğlu Cəfərova məxsus talvarda yanğın qeydə alınıb. 

Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. 

İlkin məlumata görə, hadisə nəticəsində talvar və onun altına yığılmış 400 ədəd ot bağlaması yanıb.

Faktla bağlı araşdırma aparılır.