\
7 Oktyabr 2024 - Bazar ertəsi

Yunanıstan prezidentinin andiçmə mərasimi qonaqsız keçiriləcək

Yunanıstan prezidentinin andiçmə mərasimi qonaqsız keçiriləcək
1589baxış

Koronavirus epidemiyasının yayılması Yunanıstanın yeni Prezidenti Aykaterini (Katerina) Sakellaropulunun andiçmə mərasiminin keçirilməsində dəyişikliyə səbəb olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, mərasim “dar çərçivədə”, demək olar, qonaqsız şəraitdə və ciddi profilaktik tədbirlər görülməklə keçiriləcək.

A.Sakellaropulu cümə günü prezident vəzifəsinin icrasına başlayır. O, Yunanıstan prezidenti seçilmiş ilk qadındır. O, parlamentdə plenar iclasda and içəcək. Plenar iclasda 170-dən az adamın iştirak edəcəyi təxmin edilir. Hərçənd əvvəlki analoji mərasimlərə qatılanların sayı təxminən 1 000 nəfər olardı. 

Hökuməti Baş nazir Kiriakos Mitsotakis və bir neçə nazir, parlament partiyalarını isə liderləri və nümayəndələri təmsil edəcəklər. Ümumilikdə 35-40 deputatın olacağı təxmin edilir.