\
7 Oktyabr 2024 - Bazar ertəsi

Bil Geyts Mikrosoftun idarə heyəti üzvlüyündən çıxdı

Bil Geyts Mikrosoftun idarə heyəti üzvlüyündən çıxdı
1742baxış

Mikrosoftun təməlini qoyanlardan olan Bil Geyts cümə günü bildirib ki, öz insansevər fəaliyyətləri ilə daha yaxşı məşğul olması üçün Mikrosoft Şirkətinin idarə heyəti üzvlüyündən çıxır..

 Məlumatına görə, Bil Geyts 2000-ci ilədək Mikrosoftun icraçı müdiri olub və indiyə kimi tədricən özünü bu şirkətin işlərinə müdaxilə etməsini azaldıb.

Xatırladaq ki, Bil 1975-ci ildə Pol Alen ilə birgə Mikrosoft Şirkətini təsis ediblər. O, cümə günü Mikrosoft Şirkətindən tamamilə uzaqlaşdığını elan edib.