\
7 Oktyabr 2024 - Bazar ertəsi

Qazaxıstan çempionatında ərəb komandası çıxış edəcək

Qazaxıstan çempionatında ərəb komandası çıxış edəcək
1476baxış

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası növbəti mövsümdən xokkey üzrə Qazaxıstan çempionatında çıxış edəcək.

"Mediapress.az" yerli mətbuata istinadən xəbər verir ki, yarışa Abu-Dabi əmirliyinin tərkibindəki Əl-Ayn şəhərini təmsil edən klub daxil olacaq.

Qazaxıstan Xokkey Federasiyasının hazırda klubun müraciətini nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, Qazaxıstan çempionatında artıq bir əcnəbi komanda iştirak edir. Bu, Özbəkistanın "Xumo-2" klubudur.