\
7 Oktyabr 2024 - Bazar ertəsi

Orta Asiyada koronavirusa yoluxanların sayı sürətlə artır

Orta Asiyada koronavirusa yoluxanların sayı sürətlə artır
1505baxış

Özbəkistanda koronavirusa yoluxanların sayı artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə virus daşıyıcılarının sayı 13-ə çatıb.

Qeyd edək ki, Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də Fransadan qayıdan Özbəkistan vətəndaşında qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 166 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 198 720-yə çatıb. Bunların 82 789 nəfəri sağalıb, 7 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib