\
7 Oktyabr 2024 - Bazar ertəsi

Xahiş edirəm, böyüklərinizi qoruyun! - Mehriban Əliyeva

Xahiş edirəm, böyüklərinizi qoruyun! - Mehriban Əliyeva
1508baxış

Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.

Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirusla bağlı əhaliə müraciətində qeyd edib.

“Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm”, - M.Əliyeva bildirib. (axar)