\
7 Oktyabr 2024 - Bazar ertəsi

Almaniya Türkiyə ilə bağlı razılaşmanı təxirə saldı

Almaniya Türkiyə ilə bağlı razılaşmanı təxirə saldı
1574baxış

Almaniya 2016-cı ildə Türkiyə ilə razılaşdırılan miqrant qəbuletmə proqramını koronavirusa görə təxirə salıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Almaniya Daxili İşlər Nazirliyi Avropa Birliyi (AB) tərəfindən tətbiq olunan səyahət məhdudiyyətlərinə görə suriyalı qaçqınların köçürülməsi mexanizmini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Buna baxmayaraq, fəaliyyətlər ən qısa müddətdə yenidən bərpa olunacaq”, - məlumatda bildirilib.