\
7 Oktyabr 2024 - Bazar ertəsi

Gürcüstanda koronavirusa yoluxanların sayı 40-a çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 40-a çatdı
1529baxış

Gürcüstanda koronavirusa daha iki yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Bununla qonşu ölkədə koronavirusa yoluxanların sayı 40-a çatıb, onlardan biri tam sağalıb.

Hazırda 1 344 nəfər karantində, 216 nəfər isə stasionar nəzarətdədir.