\
7 Oktyabr 2024 - Bazar ertəsi

Bakıda piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
1558baxış

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlkin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mediapress.az” xəbər verir ki, cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. İ.Məmmədov idarə etdiyi avtomobillə yolu keçmək istəyən 51 yaşlı Məmişov Asif Hüsən oğlunu vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

İ.Məmmədova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.