\
7 Oktyabr 2024 - Bazar ertəsi

Yaz fəsli daxil oldu

Yaz fəsli daxil oldu
1673baxış
Azərbaycana yaz fəsli daxil olub.
 
Bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edib. Bununla da gecə ilə gündüz bərabərləşib. Hər il yaz fəsli martn 21-də daxil olsa da, bu il fevral ayı 29 gün olduğundan baharın gəlişi martın 20-nə təsadüf edir.
 
Qeyd edək ki, iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.
 
Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.