\
7 Oktyabr 2024 - Bazar ertəsi

YAP-ın təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına start verildi

YAP-ın təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına start verildi
1574baxış

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib.

YAP-dan "Mediapress.az"a verilən məlumata görə, aksiyaya partiyanın rayon və şəhər təşkilatları, fəal üzvləri qoşulublar. 

Məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.