\
7 Oktyabr 2024 - Bazar ertəsi

"Bank of America": Qlobal iqtisadiyyatdakı resesiyanın qarşısını almaq mümkün olmayacaq

"Bank of America": Qlobal iqtisadiyyatdakı resesiyanın qarşısını almaq mümkün olmayacaq
1544baxış

“Bank of America” investorlarına koronavirusun (COVİD-19) yayılması ilə qlobal iqtisadiyyatdakı resesiyanın qarşısının alınmasının mümkün olmayacağını və tənəzzülün təsirlərinin görünməyə başlandığını bildirib.

Mediapress.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bankın hesabatında bildirilib.

"İqtisadiyyatın durğunluğa girdiyini rəsmi olaraq elan edirik. Bu müddətdə bir çox insan iş yerlərini, sərvətini itirəcək və ciddi inamsızlıq yaranacaq", - “Bank of America” iqtisadçısı Mişel Meyer deyib.

O bildirib ki, iqtisadiyyatdakı ciddi daralmalara baxmayaraq, bu enişin qısa müddətli olacağına inanırıq. Aprel ayına əhəmiyyətli bir azalma gözlənilsə də, iyul ayına qədər iqtisadiyyatın bir az daha normal vəziyyətə qayıtması gözlənilir.

Bundan başqa, “Bank of America”nın proqnozlarına görə, ABŞ iqtisadiyyatı bu ilin II rübündə 12%, illik isə 0,8% azalacaq.