\
7 Oktyabr 2024 - Bazar ertəsi

Məzahir Pənahovun səlahiyyətləri alındı

Məzahir Pənahovun səlahiyyətləri alındı
1611baxış
Fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, 125 nəfərlik Milli Məclisə Yeni Azərbaycan Partiyasından 70 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfər, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasından hərəyə 1 nəfər seçilib. 40 deputat isə  partiyasızdır.
 
Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinin tələbinə görə, növbədənkənar parlament seçkiləri başa çatdıqdan və yeni Milli Məclis formalaşdırıldıqdan sonra parlamentin ilk sessiyadan etibarən Mərkəzi Seçki Komissiyasının üzvlərinin səlahiyyət müddəti başa çatmış hesab edilir. Odur ki, artıq MSK üzvlərinin səlahiyyətləri bitib.