\
7 Oktyabr 2024 - Bazar ertəsi

Fransada ümidsiz insanların çağırışları

Fransada ümidsiz insanların çağırışları
1717baxış

Fransada koronavirus səbəbindən tətbiq edilən karantin rejiminin çətinliyini insanlar müxtəlif sosial həmrəylik metodları ilə dəf etməyə çalışırlar.

Mediapress.az”ın Fransa bürosu xəbər verir ki, ölkədə tətbiq olunan karantin rejimi nəticəsində evdən bayıra çıxa bilməyən, lakin yardıma ehtiyacı olan yaşlı, xəstə, tənha insanlar pəncərədən qırmızı parça asmaqla köməyə ehtiyacları olduğunu bildirirlər.

Bazarlıq etmək üçün bayıra çıxa bilməyən bu virusun əsas qurbanları olan yaşlılar və zəif insanlar tənha və ailəsiz olduqları halda, bu yeni ünsiyyət forması ilə çətinlikdə olduqlarını xəbər edirlər.

Qeyd edək ki, bu günə qədər Fransada COVİD-19 epidemiyasının qurbanlarının 94 faizi 60 yaşından yuxarı insanlardır.