\
7 Oktyabr 2024 - Bazar ertəsi

DTX və DİN əməliyyat keçirdi, saxlanılan var

DTX və DİN əməliyyat keçirdi, saxlanılan var
1595baxış

Bakı və Abşeron sakinlərində silah-sursat aşkarlanıb.

Bu barədə “Mediapress.az”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdaərsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürürülüb.

Abşeron Rayon Polis İdarəsi, Mehdiabad Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Orduxanlı qəsəbə ərazisində saxlanılıb. Ondan “AK” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.