\
7 Oktyabr 2024 - Bazar ertəsi

"Boeing" səhmdarlarına dividend ödənişini dayandırır

"Boeing" səhmdarlarına dividend ödənişini dayandırır
1596baxış

ABŞ-ın "Boeing" korporasiyası koronavirus pandemiyasının yaratdığı vəziyyət fonunda səhmdarlarına dividend ödənişini dayandırır. 

"Mediapress.az" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu ilin sonuna qədər şirkətin baş direktoru David Kalhoun və Direktorlar Şurasının sədri Larri Kelnerə maaş da verilməyəcək. 

"Korporasiya mövcud şəraitdə istehsalın və təchizat zəncirinin qorunması üçün bütün mümkün tədbirləri görür", - deyə "Boeing"in açıqlamasında bildirilir.