\
7 Oktyabr 2024 - Bazar ertəsi

Mançester klubları koronavirusa görə 100 min funt sterlinq bağışladı

Mançester klubları koronavirusa görə 100 min funt sterlinq bağışladı
1579baxış

İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti" klubları koronavirus pandemiyasına görə ərzaq banklarına maliyyət yardımı göstəriblər.

"Mediapress.az"ın məlumatına görə, bu barədə "Mançester Yunayted"in rəsmi saytı məlumat yayıb. Klubların hər biri sosial cəhətdən həssas qruplara kömək üçün 50 min funt sterlinq (təqribən 55 min avro) ayırıb.

Daha öncə hər iki klubun azarkeşləri eyni təşəbbüslə çıxış ediblər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasındakı fasilə koronavirusa görə aprelin 30-dək uzadılıb. Daha əvvəl çempionat oyunlarının aprelin 3-dək təxirə salınması qərara alınmışdı.