\
7 Oktyabr 2024 - Bazar ertəsi

Gürcüstan prezidenti ölkədə fövqəladə vəziyyətin elan edilməsini dəstəklədi

Gürcüstan prezidenti ölkədə fövqəladə vəziyyətin elan edilməsini dəstəklədi
1590baxış

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə aprelin 21-dək fövqəladə vəziyyətin elan edilməsini dəstəkləyib.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı bu barədə canlı video müraciətində bildirib.

S.Zurabişvili fövqəladə vəziyyətin elan olunmasına dair sənədi imzalayıb.

Sənəd təsdiqlənməsi üçün Gürcüstan parlamentinə təqdim olunacaq. Qanunverici orqan bu gün saat 16:30-da xüsusi iclas keçirəcək.
Mediapress.az