\
7 Oktyabr 2024 - Bazar ertəsi

Avropanın iki ölkəsində koronavirusdan ölənlərin sayı kəskin artdı

Avropanın iki ölkəsində koronavirusdan ölənlərin sayı kəskin artdı
1730baxış

İspaniyada 233, Belçikada isə daha 30 nəfər koronavirusdan ölüb.

Mediapress.az” xarici KİV-ə istinadən xəbər verir ki, virus qurbanlarının sayı İspaniyada 1 326, Belçikada isə 2 dəfə artaraq 67-yə çatıb.

Bundan başqa, hər iki ölkədə koronavirus daşıyıcılarının sayında da artım müşahidə edilib. İspaniyada virusa yoluxanların sayı 25 000-ə yaxınlaşıb, Belçikada isə daha 558 nəfər artaraq 2 800-ü ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 283 256-ya çatıb. Bunların 93 535 nəfəri sağalıb, 11 829 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib