\
7 Oktyabr 2024 - Bazar ertəsi

"ASAN xidmət" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürəcək

"ASAN xidmət" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürəcək
1607baxış

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürülməsi qərara alınıb.

Dövlət Agentliyindən Mediapress.az-a verilən məlumata görə, müvafiq vəsait Dövlət Agentliyi əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən ayrılacaq.

Dövlət Agentliyinin kollektivi koronavirusla mübarizədə də Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir.