\
7 Oktyabr 2024 - Bazar ertəsi

BMT-dən xəbərdarlıq: Qorxunc nəticələr ola bilər...

BMT-dən xəbərdarlıq: Qorxunc nəticələr ola bilər...
1786baxış

Qəzzanın uzun müddətdir mühasirədə olması, əhali sıxlığı və məhdud səhiyyə imkanları səbəbindən koronavirusla bağlı qorxunc nəticələr ortaya çıxa bilər.

Bu sözləri BMT-nin Humanitar Məsələlər Komitəsinin Fələstin üzrə koordinatoru Cemi Makqoldric deyib.

O bildirib ki, regionda səhiyyə sisteminin gücləndirilməsi üçün Fələstin hakimiyyəti və Ümumdünya Səhiyyət Təşkilatı (ÜST) ilə danışıqlar aparılır:

“Tibbi heyət və yardım vasitələrinin təmin edilməsi üçün mənbə axtarışındayıq. 6 gün ərzində bu mənbə təmin edilməlidir. Əgər virusa yoluxma halları artarsa, vəziyyət dəyişə bilər”

Qeyd edək ki, Qəzzada 2 nəfərdə KOVİD-19-a yoluxma halı qeydə alınıb. (axar)