\
7 Oktyabr 2024 - Bazar ertəsi

Yaponiyanın baş naziri: "Olimpiadanın təxirə salınacağı istisna deyil"

Yaponiyanın baş naziri: "Olimpiadanın təxirə salınacağı istisna deyil"
1601baxış

Yaponiyanın baş naziri Sindzo Abe Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasını istisna etməyib. 

"Mediapress.az"ın məlumatına görə, hökumət rəhbəri ertələnmənin yarışların tam formatda keçirilməsi mümkün olmayacağı təqdirdə gerçəkləşəcəyini açıqlayıb. 

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax olimpiada ilə bağlı yekun qərarın yaxın 4 həftə ərzində veriləcəyini söyləyib. Lakin o, 24 iyul - 9 avqusta təyin olunmuş Oyunların ləğvinin nəzərdən keçirilmədiyini əlavə edib. 

Abe isə deyib: "Mənim strategiyam olimpiadanın tam formatda təşkilidir. Bu, çətinləşsə, ilk növbədə, idmançıları düşünməliyik və istisna deyil ki, təxirəsalma qərarı qəbul etməli olacağıq". 

Qeyd edək ki, daha əvvəl Kanada və Avstraliyanın Milli Olimpiya və Paralimpiya komitələri Tokio-2020-də iştiraklarının mümkün olmayacağını açıqlayıb.