\
7 Oktyabr 2024 - Bazar ertəsi

Türkiyə mətbuatı Mübariz Mənsimovun erməni iş adamı ilə əlaqələrini ifşa etdi

Türkiyə mətbuatı Mübariz Mənsimovun erməni iş adamı ilə əlaqələrini ifşa etdi
1587baxış

FETÖ ilə əlaqədar həbs edilən biznesmen Mübariz Mənsimovun amerikalı ortağı Levon Termenjyana ABŞ Xəzinəsini 1 milyard ABŞ dolları aldatdığı səbəbilə 130 il həbs cəzası istənilib.

Mediapress.az” xəbər verir ki, bu barədə "Habererk" yazıb.

Məlumata görə, “Noil Energy” şirkətinin idarə heyətinin sədri Levon Termenjyan "Washakie Renewable Energy” şirkətlərinin sahibi Ceykop və İsaya Kinqston qardaşları ilə birgə ABŞ Xəzinəsindən saxta sənədlərlə gerçəkdə mövcud olmayan ixracatı edərək 1 milyard ABŞ dollar dəyərində vergi qaçaqçılığı və haqsız yerə subsidiya almaqda təqsirləndiriliblər.