\
7 Oktyabr 2024 - Bazar ertəsi

Dövlət Dəniz Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Dövlət Dəniz Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
1610baxış

Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, sözügedən qurum tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat məbləğində vəsait köçürülüb.