\
6 Oktyabr 2024 - Bazar günü

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - SON RƏQƏM

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - SON RƏQƏM
1893baxış
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
 
Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
 
Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
 
Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.