\
6 Oktyabr 2024 - Bazar günü

Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü
1678baxış

Dünyada pandemiya qurbanlarının sayı 60 123 nəfərə yüksəlib.

“Report” "Worldometers"ə istinadən xəbər verir ki, qeydə alınmış koronavirusa yoluxma hallarının da sayı artıb.

Belə ki, dünyada qeydə alınmış yoluxmaların sayı 1 130 547 nəfərə çatıb.

Qeyd edək ki, Azərbaycanda indiyədək 443 nəfərdə koronavirus aşkarlanıb. Yoluxanların 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.