\
6 Oktyabr 2024 - Bazar günü

Nazirlər Kabineti yanında Operativ Qərargahda brifinqdir - SON DƏQİQƏ

Nazirlər Kabineti yanında Operativ Qərargahda brifinqdir - SON DƏQİQƏ
1904baxış

Hal-hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahda brifinq keçirilir.

Brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

“Karantin rejimini pozmaq olmaz. Vətəndaşlardan xahiş edirik ki, qoyulan qaydalara riayət etsinlər. Nə qədər ki, qaydalar pozulmayacaq, karantin vaxtı da tez bitəcək, yox, əgər maksium qaydalara riayət olunmasa, ölkədə fövqəladə vəziyyət də elan oluna bilər, yəni ehtimal var. Karantin də uzana bilər. Ərzaq təminatı ilə bağlı ölkəmizin 3 aylıq ərzaq ehtiyatı var. 6 ay da özümüzü sığortalamışıq. Ərzaqla bağlı problem olmayacaq. Tədbirlər planı təkcə sosial müdafiəni nəzərdə tutmur, iqtisadiyyatı təmin edən sosial müdafinə nəzərdə tutur. Qaydalara lazımi riayət olunsa, tibbi ləvazimatlara ehtiyac qalmayacaq. Evdən çölə çıxılmasa, əlcəyə, maskaya, spirtə ehtiyac yoxdur”, - deyən İbrahim Məmmədov həmrəylik nümayiş etdirməklə yoluxmanın səviyyəsini aşağı salmağın mümkün ola biləcəyini də əlavə etdi.

Hikmət Hacıyev isə, “ölkə rəhbəri cənab İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva da ölkə əhalisinə müraciətdə bildirdilər ki, hər kəs evdə qalsın. Bu, əhaliyə olan bir ana qayğısı idi. Pandemiya zamanı Azərbaycanın digər ölkələrlə müqayisədə vəziyyəti normaldır. Zəruri vəziyyətlər vaxtında görülüb. Ərzaq tədarükünün bütün kompleks tədbirləri görülüb", - dedi.

Mediapress.az