\
6 Oktyabr 2024 - Bazar günü

Kürdəmir spirt emalı zavodunun rəhbərliyi Prezidentin çağırışına qoşuldu /VİDEO+FOTO/

Kürdəmir spirt emalı zavodunun rəhbərliyi Prezidentin çağırışına qoşuldu /VİDEO+FOTO/
3041baxış

İş adamı Zöhrab Qəribovun rəhbərlik etdiyi “Qelios” MMC-nin Kürdəmir spirt emalı zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna hər birinin tutumu 500 milliqram olan 10 min qab spirt ianə edib.

Şirkətin rəsmisi Mətləb Kərimov Mediapress.az-a açqılamasında bildirib ki, zavod rəhbərliyi tərəfindən, habelə rayon mərkəzi xəstəxanasına da eyni tutumlu 500 ədəd tibbi spirt bağışlanılıb. Dövlət başçısının çağırışına dəstək olaraq hazırda fonda 100 qramlıq daha 10 min ədəd sprey spirtin verilməsi üçün hazırlıq işləri aparılır.

Bundan başqa, Zöhrab və Rəşad Qəribov qardaşları daha bir nəcib addım atacaqlar. Belə ki, onlar Kürdəmirdə qeydiyyatda olan 20 min evin hər birinə 500 milliqramlıq qablarda spirt paylanılmasını da təmin edəcəklər.

 

Qeyd edək ki, aylıq istehsal gücü 500 ton olan zavodda 100, 500 qramlıq, 1 və 20 litrlik tibbi spirt istehsal olunur.