\
6 Oktyabr 2024 - Bazar günü

Bakıda “avtoşluq” edib, görüntülərini yayan şəxslər yaxalandı (FOTO/VİDEO)

Bakıda “avtoşluq” edib, görüntülərini yayan şəxslər yaxalandı (FOTO/VİDEO)
1768baxış
Bakının Nizami Rayon Məhkəməsinin önündə avtoxuliqanlıq edən şəxslər yaxalanıb. 
 
Onlar bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Hadisədən bir neçə gün sonra Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtoxuliqanlıq edən beş sürücüdən dördünü saxlayıb. 
 
Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib. Avtomobillər isə duracağa aparılıb.
 
Məhkəmənin qərarı ilə 10-NK-501, 90-VO-302 dövlət qeydiyyat nişanlı "Lada Niva” markalı, 90-XL-079 və 60-BO-465 dövlət qeydiyyat nişanlı "VAZ 2107” markalı avtomobillərin sürücüləri sürücülük hüququndan bir il müddətində məhrum edilməklə, inzibati qaydada 15 gün həbs ediliblər.
 
99-LM-052 dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilin sürücüsü isə axtarışdadır.
 
  •